Milorad Dodik prezident seçkilərində qələbəsini elan edib

Oktyabr 03
09:35
2022
Bosniya və Herseqovina Rəyasət Heyətinin hazırkı üzvü Milorad Dodik Serb Respublikası prezidentliyinə seçkilərdə qalib gəldiyini elan edib.
"Report” xəbər verir ki, Dodik bazar ertəsi gecəsi qələbə nitqi ilə Müstəqil Sosial Demokratlar İttifaqı Partiyasının qərargahından seçicilərə müraciət edib.
O, Jelka Cviyanoviçi Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü postu uğrunda mübarizədə qələbəsi münasibətilə təbrik edib.
Dodik bildirib ki, Bosniya və Herseqovinadakı Serb Respublikası prezidenti kimi Serbiya, Macarıstan və Rusiya ilə əməkdaşlıq edəcək.