Milyonlarla borcu var - Mərkəzi Bank AEV-i cərimə etdi

Oktyabr 23
14:39
2025
Mərkəzi Bank AEV Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı iki cərimə protokolu tərtib edib.
Qaynarinfo-nun məlumatına görə, AEV MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokollarına məhkəmədə ayrı-ayrılıqda baxılıb.
Məlum olub ki, MMC Türkiyədə fəaliyyət göstərən şirkətin hesabına 15 sentyabr 2023-cü il tarixində 48400 ABŞ dolları məbləğində avans köçürüb. Eyni gündə eyni şirkətə 50000 ABŞ dolları məbləğində vəsait ödənilib.
Həmin məbləğlərdə vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. Bu səbəbdən şirkət barəsində sentyabr ayında ayrı-ayrılıqda iki protokol tərtib edilib.
Məhkəmə şirkətə birinci iş üzrə şirkətə 48400 dollar valyutanın 20%-i miqdarında, yəni 9680 dollar, ikinci iş üzrə 50000 dollara görə 10000 dollar cərimə tətbiq edib.
Qeyd edək ki, AEV MMC Türkiyənin 50-dən çox mətbəx və məişət əşya istehsalçılarının məhsullarını Azərbaycanda satışını həyata keçirir. AEV MMC ev və bağ üçün lazım olan plastik mətbəx, məişət və s. kimi malların topdan satışı üzrə fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi Möhbaliyev Elçin Məhyəddin oğludur.
AEV MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2.571.305,35 AZN vergi borcu var.
Qlobal.az