Miqrant böhranı: Almaniya Türkiyəyə xəbərdarlıq edir
Avqust 02
13:03
2016
Türkiyəyə miqrant axının sayı azalsa da onlar ölkəyə gəlməkdə davam edirlər
Avropaya sərbəst viza girişi, miqrantların Avropaya axının qarşısının alınmasında Türkiyənin fəaliyyətinin qarşılığında təklif olunub.
Türkiyədə baş verən çevrilişə cəhd və anti-terror qanunvericiliyinə dəyişikliklərlə bağlı qərar bir qədər ləngiyirdi.
"Vizalı gediş-gəlişin olub-olmaması Türkiyədən asılıdır", - cənab Gabriel deyib.
Vitse-kansler deyib ki, nizamnamə Avropa Birliyinin "mühüm hissəsidir" və qəbul olunmalıdır, Türkiyə də Avropa Birliyinin parçası olaraq qalmaq istəyirsə bunu tətbiq etməlidir.
"Standartları tətbiq edib onları daha da pisləşdirməmək Türkiyədən asılıdır", - o deyib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu həftə sonu deyib ki, birlik türklərə sərbəst visa təqdim etməsə o, ölkəsinin Avropa Birliyi ilə sazişi ləğv edə bilər.
Almaniya çevrilişə cəhd hadisəsi, xüsusilə bu hadisənin arxasında duranların təqibi ilə bağlı Türkiyəni "mütənasiblik" göstərməyə çağırıb.
"Viza liberallaşmasının olub olmaması Türkiyənin məsuliyyətindədir", cənab Gabriel deyib. "Almaniya və Avropa heç bir halda şantaj olunmamalıdır" (BBC).
Avropa imkan verməməlidir ki, Türkiyə öz vətəndaşlarının Avropa Birliyi ərazisinə vizasız giriş üçün aparılan danışıqlarda şantaj etsin, Almaniyanın Vitse-Kansleri Sigmar Gabriel deyib.
Avropaya sərbəst viza girişi, miqrantların Avropaya axının qarşısının alınmasında Türkiyənin fəaliyyətinin qarşılığında təklif olunub.
Türkiyədə baş verən çevrilişə cəhd və anti-terror qanunvericiliyinə dəyişikliklərlə bağlı qərar bir qədər ləngiyirdi.
"Vizalı gediş-gəlişin olub-olmaması Türkiyədən asılıdır", - cənab Gabriel deyib.
O deyib ki, "Avropanın fundamental insan haqlarına zidd olaraq" Türkiyə "edam hökmü istiqamətində yenidən hərəkət edərək" özünü qətiyyətlə Avropadan uzaqlaşdırır.

Qlobal.az