SON XƏBƏR

Misir Gülənə sığınacaq verməyə hazırdır? — Siyasi qalmaqal

İyul 22
09:39 2016
Misirin keçmiş prezidenti Adil Mansurun mətbuat katibi, ölkənin tanınmış jurnalistlərindən biri Əhməd əl-Müselmani Qahirə ilə Ankara arasında yeni siyasi qalmaqalın yaranmasına səbəb olub.
 
Ölkə.Az xəbər verir ki, əl-Müselmani aparıcısı olduğu Misirin Dream TV kanalında FETÖ terror qruplaşmasının lideri Fəthullah Gülənin ABŞ-dan çıxarılacağı təqdirdə Misirə gələ biləcəyini söyləyib.
 
Ölkədə Mursinin devrilməsindən sonra Türkiyənin Misirə təzyiqlərini xatırladan jurnalist Gülənin Misirə gələcəyi təqdirdə ölkəsinin əlində Ankaraya qarşı çox mühüm kart olacağını bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook