SON XƏBƏR

Molla rejiminin XİN sözçüsü Nizami Gəncəviyə də dil uzatdı

Mart 07
12:04 2023
"Fars dili eşq və ürfan dilidir. Bunda həkim Nizaminin (Nizami Gəncəvi nəzərdə tutulur – red.) böyük yeri var. Onunla müqayisə olunacaq çox az şair tapmaq olar. Nizaminin fars dilində "Xəmsə”si, xüsusilə "Fərhad və Şirin”, "Leyli və Məcnun” və "7 gözəl” əsərləri eşq mövzusunda rəqibsiz nümunələrdir. Bu ədəbiyyatın kökləri onun şəxsi inamından bəslənir”.

"AzPolitika.info” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani "Nizami həftəsi”nin açılış mərasimində çıxış edərkən deyib.

Absurd və həddini aşan açıqlamalar verən Kənani iddia edib ki, Gəncə guya "İran şəhəri”, Nizami isə "fars zadəganlarından olan İran şairi”dir.

Getdikcə həyasızlaşan molla rejiminin təmsilçisi əsərlərində belə Azərbaycan türkü olduğunu qeyd edən, ”gözəl ilə böyüyə türk, gözəllik ilə böyüklüyə türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türküstan” deyən dahi şairimizin həmin dövrdə ədəbi dil olan farsca yazmasından istifadə edərək N.Gəncəvinin milli kimliyini də saxtalaşdırmağa cəhd edir.

"Bununla belə, başqa istiqamətlərdə də Nizaminin eşqini müşahidə etmək olar. O, vətən aşiqidir. Onun vətən eşqi də bənzərsizdir. Bu fars doğumlu, bəlağətli şair İran muhiti olan Gəncə şəhərində doğulsa da, ürəyi ata yurdu Əcəm İraqında olub” – deyə, Kənani sayıqlıyıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook