SON XƏBƏR

Moskvada "Crocus City Hall" konsert salonunda atışma olub, 40 nəfər ölüb

Mart 22
23:11 2024
"Crocus City Hall"da atışma nəticəsində 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, barədə "112" teleqram kanalı məlumat yayıb.

Qeyd edək ki, Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert salonunda baş verən silahlı insidentlə bağlı operativ qərargah yaradılıb.

Krasnoqorsk administrasiyasından verilən məlumata görə, bütün qüvvə və vasitələr hadisə yerinə yönəldirilib, zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Rusiya teleqram kanalları hadisə yerində çoxlu sayda ölənlərin və yaralıların olduğunu bildirirlər.

Qeyd edək ki, bu gün axşam saatlarında kamuflyaj geyinmiş ən azı üç nəfər "Crocus City Hall" binasının birinci mərtəbəsinə girərək avtomat silahlardan atəş açıblar.

Həmçinin qumbara və yanan maddə atıldığından güclü yanğın başlayıb.

Konsert salonunun tavanı qismən çöküb.

"Shot" teleqram kanalı azı beş nəfər silahlı şəxsin hücumda iştirak etdiyinə dair məlumat yayıb.

Rosqvardiyanın xüsusi təyinatlı qüvvələri hadisə yerinə cəlb olunub.

Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 30-dan çox regional və 20 təcili tibbi yardım briqadası əraziyə göndərilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook