SON XƏBƏR

Mosulun azad edilməsi əməliyyatı başladı - Rəsmi açıqlama

Oktyabr 17
09:07 2016
İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb.
 
APA-nın "AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.
 
İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.
 
Ötən gün İraq və ABŞ hərbi qüvvələri İŞİD-in nəzarətində olan Mosul şəhərinə artilleriya zərbələri endirməyə başlayıb. Əraziyə koalisiyaya məxsus aviasiya cəlb olunub. İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinləri xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb. Mosul sakinlərindən evlərini tərk etməmək, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq tövsiyə edilib.


Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook