SON XƏBƏR

“MTN işi”ndə adı hallanan iş adamı məhkəməyə verildi

Dekabr 08
09:44 2022
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş adamı Vidadi Əzizi məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. İşin mahiyyəti icarə müqaviləsi üzrə mübahisələrdir. 

Vidadi Əzizin adı mediaya "MTN işi”ndən tanışdır. O, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılandan və qurumda həbslər həyata keçiriləndən sonra Baş Prokurorluğa müraciət edərək MTN-ə aparıldığını və ondan 700 min dollar alındığını bildirib. 

Bu işdə MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsinin şöbə rəisi, polkovnik Mirəziz Əsgərov ittiham olunub. Lakin məhkəmə zamanı Vidadi Əzizin dedikləri sübut olunmayıb və Mirəziz Əsgərov azadlığa buraxılıb. 

Vidadi Əziz ifadəsində iddia edib ki, son 6-7 il ərzində Türkiyə, İran, Dubay və Moskva şəhərlərində böyük biznesi olub, külli miqdarda pullar qazanıb. Bu pulların bir qismini - 1 milyon ABŞ dollarını Dubay şəhərindən "Zamin Bank"ın Bakı şəhərindəki filiallarından birinə köçürüb.

Mirəziz Əsgərov isə ona verilmiş tapşırıq əsasında xarici kəşfiyyat orqanları ilə əlaqədə şübhəli bilinən Vidadi Əzizi izlədiyini vurğulayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook