SON XƏBƏR

Müdafiə naziri istefa verdi - Libermana yol açılır

May 20
10:25 2016
İsrailin Müdafiə naziri Moşe Yaalon istefa verib.
 
Axar.az xəbər verir ki, bu barədə Yaalon özü məlumat verib.
 
O, hökumət koalisiyasının genişləndirilməsi mövzusunda Baş nazir Benyamin Netanyahuya etibar etmədiyini və siyasətdən birdəfəlik getdiyini bəyan edib.
 
Moşe Yaalon millət vəkili kimi də fəaliyyətini dayandırıb.
 
Xatırladaq ki, ötən gün İsrail mediası Baş nazir Netanyahunun Bizim Ev-İsrail Partiyasının rəhbəri, məşhur ideoloq Libermana hökumətdə Müdafiə və Miqrasiya nazirliklərini təklif etdiyini bildirmişdi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook