"Müharibə regionu “od halqasına” doğru aparır" - Yaşar Gülər
Mart 12
07:33
2026
İran–İsrail və ABŞ arasında baş verən müharibə bölgəni yeni bir "od halqasına” doğru aparır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər səsləndirib.
"Son hadisələrə uyğun olaraq quruda, havada, dənizdə, sərhəd xəttində və kiberməkanda tədbirlərimizi artırmışıq. Ölkəmizin hüquq və mənafelərini hər bir şəraitdə qorumağa, xalqımızın etimadına layiq olmağa yönəlmiş əzmimiz, gücümüz və qətiyyətimiz tamdır”, – deyə Yaşar Gülər qeyd edib.



