SON XƏBƏR

“Müharibənin sonu görünmür” - “Putinin hesablamaları işləməyəcək”

Fevral 06
10:32 2024
ABŞ-də Ukraynaya yardım məsələsi "havadan asılı vəziyyətdə” qalarkən, Avropa liderləri Kiyevə dəstək mesajlarını və çağırışlarını artırırlar.

"AzPolitika.info” xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Ukraynada davam edən müharibənin sonunun hələ görünmədiyini bildirib: "Rusiya iki ilə yaxındır ki, Ukraynaya qarşı barışmaz müharibə aparır və bunun sonu görünmür”.

Şoltsun fikrincə, Avropa Kiyevi dəstəkləməyə davam etməlidir. O, bu yardımın "ehtiyac olduğu müddətcə” davam edəcəyini vurğulayıb.

"Deutsche Welle”-nin məlumatına görə, Almaniya kansleri deyib ki, o, ABŞ və bütün Aİ-yə üzv dövlətlərin Kiyevə dəstəyini qətiyyətlə müdafiə edir. Onun fikrincə, bu dəstək o qədər yüksək olmalıdır ki, Putinin bu məsələnin "öz-özünə həll olunacağına dair gözləntisi” özünü doğrultmasın.

Almaniya kanslerinin sözlərinə görə, Vladimir Putin nə vaxtsa Qərb müttəfiqlərinin Kiyevə dəstəyini dayandıracağına ümid edir: "Bu, həm ABŞ, həm də Avropadan ona açıq şəkildə göndərilməli olan mesajdır: bu hesablamalar işləməyəcək. Biz Ukraynanı dəstəkləyəcəyik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook