Müseyib Həmzəyevin övladına dəbdəbəli toy etməsi Maliyyə nazirliyinin rəhbərliyinin qəzəbinə səbəb olub
Noyabr 13
10:06
2025
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin övladına dəbdəbəli toy etməsi Maliyyə nazirliyinin rəhbərliyinin qəzəbinə səbəb olub.
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə 2026-cı ilin büdcə zərfində ciddi azalmalarına gedən Maliyyə nazirliyinin rəhbərliyi Müseyib Həmzəyev kimi məmurların hökuməti pis vəziyyətə saldığını deyib.
Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkələrdə Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin övladının dəbdəbəli toyu müzakirə olunmaqdadır.
Mediada yayılan məlumatlarda Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin "Böyük Saray”da övladına etdiyi toyda müğənnilərə 200 min manatadək vəsaitin xərcləndiyi iddia edilir.
Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin övladına dəbdəbəli toy etməsinin mediada və sosial şəbəkələrdə geniş yayılması AAYDA sədri Saleh Məmmədovun da narahatlığına səbəb olduğu deyilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələyə mövqe bildirməyib.
Cahandar Laçınlı
Qlobal.az



