SON XƏBƏR

Müslüm Maqomayevin abidəsi dənizin ortasında qoyulacaqmış - Ömər Eldarov

Avqust 17
16:06 2022
"Müslüm Maqomayevin abidəsi dənizin ortasında qoyulacaqdı”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq rəssamı, heykəltəraş Ömər Eldarov Xalq artisti Müslüm Maqomayevin Dənizkənarı Milli Parkda ucaldılan heykəlindən danışarkən deyib. Rəssam abidə obrazının haradan götürüldüyünü deyib:

"Eskiz öz düşüncəmdir. Heykəlin üstündə iki ilə yaxın iş gedib. Bir neçə aydır heykəl hazır idi, Rəssamlıq Akademiyasında saxlanılırdı. Bu abidənin eskizi onun "More-more” mahnısına çəkilən klipdən götürülüb. Müslüm Maqomayev həmin klipdə əlini dənizə tərəf uzadaraq dənizi göstərir. Mən bu klipə baxdım və mahnıdan ilhamlandım, düşündükcə də belə bir eskiz alındı”.
 
Ömər Eldarov abidənin yerinin öncədən müəyyənləşdiyini vurğulayıb:
 
"Abidə artıq nəzərdə tutulan yerdə quraşdırılıb. Abidə Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunub. Bu gün saat 18:00-da Müslüm Maqomayevin yubileyinə həsr olunan konsert keçiriləcək və mən özüm də orada iştirak edəcəyəm. Məndəki məlumata görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da konsertdə iştirakı gözlənilir”.

Ömər Eldarov hesab edir ki, bu heykəl Müslüm Maqomayevin iç dünyasını və istedadını tamamilə ortaya çıxarıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook