“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək olub
 
							Oktyabr 31
									
										11:19
										2025
									
								Sərfəli mobil operator "Nar” ana
dilimizin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə dəstək
verməyə davam edir. Şirkət bu dəfə Azərbaycan dili və ədəbiyyatının Türk
dünyasında tədqiqinə həsr olunmuş II Beynəlxalq elmi simpoziumun tərəfdaşı
olub. Simpozium Türkiyədə fəaliyyət göstərən yeganə Azərbaycan dili və ədəbiyyatı
bölüməsinin 20 illiyinə və Qarabağ Zəfərinin 5 illiyinə həsr olunub. Layihənin
məqsədi Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq elmi müstəvidə öyrənilməsini,
araşdırılmasını və təbliğini təşviq etməkdir.
 Türkiyənin Qars şəhərində keçirilən
simpozium Qafqaz Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qarsdakı Baş
Konsulluğu və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Xəzər Universiteti və
Qarabağ Universitetinin tərəfdaşlığı ilə baş tutub. İki gün davam edən tədbirdə
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 100-dən çox
alim və tədqiqatçı iştirak edib. Onlar Azərbaycan dilinin Türk dünyasında rolu,
ədəbiyyatımızın müasir tədqiqat istiqamətləri və dilin qloballaşma şəraitində
qorunması kimi mövzularda məruzələrlə çıxış ediblər.
 Ana dilinə dəyər vermək və milli
kimliyimizin əsas sütunu olan Azərbaycan dilinin yaşadılmasına dəstək "Nar”ın
korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqamətlərindəndir. Mobil
operator bu kimi layihələr vasitəsilə gənc nəsildə ana dilinə sevginin və
aşılanması, eləcə də, Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə
tanıdılmasına töhfə verir.
 Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar” son 6 il ərzində Müştəri Loyallığı
İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun
arxasında "Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya
dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı
və yüksək keyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası
təqdim edir.
Qlobal.az




 
				 
				 
				 
				 
				 
				

