“Nar” Azərbaycanın iqtisadi imkanlarını əks etdirən analitik nəşrə dəstək verib

Oktyabr 08
22:05
2025
Sərfəli mobil operator "Nar” Alman-Azərbaycan Ticarət
Palatası (AHK Azərbaycan) və "Germany Trade & Invest”in (GTAI) əməkdaşlığı
ilə hazırlanan "Market Analysis Azerbaijan 2025–2026 – Industry Profiles and
Investment Trends” adlı yeni nəşrin çapına dəstək olub. Bu nəşr Azərbaycanın iş
dünyası nümayəndələri üçün etibarlı informasiya mənbəyi kimi ölkəmizin
iqtisadiyyatında baş verən əsas inkişaf tendensiyalarını və gələcək investisiya
imkanlarını təqdim edir.
Nəşr Azərbaycanın iqtisadi mənzərəsini əhatəli şəkildə təqdim
edərək yerli və xarici investorlar üçün dəyərli bələdçi rolunu oynayır. Topluda
ölkə iqtisadiyyatının on bir əsas sektoru – bərpa olunan enerji, neft-qaz,
tikinti, kənd təsərrüfatı, səhiyyə, maliyyə, İKT, nəqliyyat, gəmiqayırma, mədən
və su təsərrüfatı sahələri üzrə vəziyyət və perspektivlər ətraflı təhlil
olunub. Həmçinin Qarabağın bərpası, sənaye zonaları və Bakı şəhərinin baş planı
kimi istiqamətlər də ayrıca bölmələrdə işıqlandırılıb. Nəşr alman və ingilis
dillərində pulsuz təqdim olunur və AHK Azərbaycanın rəsmi vebsaytından yükləmək
mümkündür.
Bu layihəyə dəstək verməklə "Nar” Azərbaycanın iqtisadi
inkişafı və beynəlxalq biznes əlaqələrinin güclənməsinə töhfə verməyi, həmçinin
ölkədə bilik əsaslı və davamlı iqtisadi mühitin formalaşmasına dəstək göstərməyi
hədəfləyir.
Qlobal.az