“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!
Dekabr 16
18:48
2025
Sərfəli xidmətləri və bölgələrə diqqəti ilə seçilən
mobil operator "Nar” növbəti regional mağazasını Gəncə şəhərində istifadəyə
verdi. Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 359c ünvanında açılan yeni mağazada
abunəçilərə müştəri xidmətləri, mobil nömrələrin satışı, mobil telefon və
aksesuarların təqdim olunması xidmətləri göstərilir.
Açılış mərasimində iştirak edən "Nar”ın baş icraçı
direktoru Özgür Genc yerli sakinlərlə görüşərək onların istək və gözləntilərini
öyrənib. O, mobil operatorun regionlara xüsusi diqqət siyasətinə sadiq
qaldığını bildirib: "Bölgələrdə yaşayan müştərilərə keyfiyyətli xidmət göstərmək
baxımından bu mağazalar çox önəmlidir. Regional satış və xidmət şəbəkəmiz sayəsində
müştərilərimizin geridönüşlərini yerindəcə öyrənə bilirik.”
Gəncə
şəhərinə səfər edən "Nar” rəhbərliyi həmçinin tərəfdaşlıq etdiyi Azərbaycan
Texnologiya Universitetinin tələbələri üçün karyera təlimi həyata
keçirib. Universitetin rəhbər
heyəti ilə görüşən "Nar” rəhbərliyi növbəti il üçün əməkdaşlıq perspektivlərini
müzakirə edib.
Qeyd edək ki, mobil operator bölgələrdə açılan hər
yeni mağazanı təkcə satış və xidmət şəbəkəsinin genişləndirilməsi olaraq deyil,
həm də regionlarla birbaşa əlaqə qurmaq imkanı olaraq dəyərləndirir. 2025-ci il
ərzində "Nar” rəhbərliyi Gəncə şəhəri ilə yanaşı Füzuli və Salyan rayonlarında
da bənzər mağaza açılışı və maarifləndirici layihələr həyata keçirib.
"Nar”ın həyata keçirdiyi layihələr haqqında daha ətraflı
nar.az səhifəsindən öyrənə bilərsiniz.
Qlobal.az










