“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir

Sentyabr 05
20:40
2025
Sərfəli xidmətləri ilə tanınan "Nar” "Hüquqlarınla
parla!” layihəsinə dəstək oldu. Layihə uşaq hüquqlarını uşaqlara tanıtmaq və
onların sağlam inkişafını təmin etmək məqsədilə təşkil olunub.
"Hüquqlarınla parla!” layihəsi çərçivəsində Bakı məktəblərində
keçirilən görüşlərdə şagirdlər üçün təhlükəsiz internet mühitinin hüquqi
aspektləri, zərərli vərdişlərdən qorunma yolları, sağlam həyat tərzinin önəmi və
kibertəhlükəsizlik mövzularında interaktiv təlimlər keçirilib. Sonda təlim
iştirakçıları imtahanda iştirak edərək öyrəndikləri bilikləri praktiki şəkildə
tətbiq ediblər.
"Korporativ sosial məsuliyyət strategiyamızın təhsil
istiqamətinə uyğun olaraq, uşaqların öz hüquqlarını tanımasını və təhlükəsiz
mühitdə böyüməsini vacib hesab edirik. Bu təşəbbüs də şagirdlərə cəmiyyətimizin
fəal üzvünə çevrilmək üçün zəruri olan bilik və bacarıqları qazandırır”, - deyə
"Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru
Hökümə Kərimova bildirib.
Qeyd edək ki, "Hüquqlarınla parla!” təşəbbüsü "Nar”
və Regional İnkişaf İctimai Birliyinin (RİİB) əməkdaşlığı nəticəsində ərsəyə gəlib.
Mobil operator tərəfdaşları ilə birgə təhsildə əlçatanlığı, bərabər imkanların
yaradılması və inklüziv cəmiyyət istiqamətlərində davamlı sosial layihələr həyata
keçirir.
Nar.az saytına daxil olaraq mobil operatorun həyata
keçirdiyi sosial layihələr haqqında məlumat ala və əməkdaşlıq üçün müraciət edə
bilərsiniz.
Qlobal.az




