“Nar” və “YAŞAT” Fondu “Bilik günü” münasibətilə şəhid övladlarını təbrik edib

Sentyabr 10
23:07
2025
15 sentyabr –
Bilik günü ərəfəsində "Nar” sosial tərəfdaşlıq çərçivəsində "YAŞAT” Fondunun təşkil
etdiyi ənənəvi "Məktəbli ləvazimatları” layihəsinə qoşulub. Artıq
beşinci dəfə gerçəkləşən bu təşəbbüs şəhid övladlarının yeni tədris ilinə
sevinc və ruh yüksəkliyi ilə başlamasına dəstək olmağı hədəfləyir.
Layihə çərçivəsində
1–11-ci siniflərdə təhsil alan 900-dən çox şəhidin 1500-dək övladına illik dərs
ləvazimatlarından ibarət hədiyyə qutuları təqdim edilib.
Respublikanın bütün
bölgələrini əhatə edən bu dəstək məktəblilərin təhsil yolunda zəruri vasitələrlə
təmin olunmasına və onların gələcəyə daha böyük ümidlərlə addımlamasına xidmət
edir.
"Nar”ın dəstəyi ilə gerçəkləşdirilən bütün
sosial layihələr haqqında daha ətraflı məlumatı buradan
əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli
rabitə xidmətləri göstərən "Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə
ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına
sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Qlobal.az







