“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

Sentyabr 23
17:20
2025
Sərfəli mobil operator "Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə nitq
və eşitmə məhdudiyyətli gənclər üçün "Zəka Fest” inklüziv intellektual oyun
turniri təşkil olunub. Beynəlxalq Jest Dili Gününə həsr edilən bu layihə "Şəkərbura
Şou”nun təşəbbüsü, "Karlara Dəstək” İctimai Birliyi, "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İctimai Televiziya və digər tərəfdaşların
dəstəyi ilə həyata keçirilib. Turnirin əsas məqsədi eşitmə məhdudiyyətli
uşaqların sosial inteqrasiyasını gücləndirmək və yaradıcılıq bacarıqlarını
inkişaf etdirməklə yanaşı, onlar üçün inkişafetdirici oyunların əlçatanlığını təmin
etməkdir.
Turnirdə ümumilikdə yeddi komanda mübarizə aparıb. Beş saat davam edən intellektual marafon yeddi raund və final mərhələsindən ibarət olub. İştirakçılar komanda işi və fərdi düşünmə bacarıqlarından istifadə edərək müxtəlif sualları cavablandırıblar. Yarışın nəticəsinə əsasən "Uğur” komandası birinci, "Qızıl” ikinci, "Cəsur” isə üçüncü yerə layiq görülüb. Qalib və digər iştirakçı komandalar "Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli
rabitə xidmətləri göstərən "Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə
ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına
sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.







Turnirdə ümumilikdə yeddi komanda mübarizə aparıb. Beş saat davam edən intellektual marafon yeddi raund və final mərhələsindən ibarət olub. İştirakçılar komanda işi və fərdi düşünmə bacarıqlarından istifadə edərək müxtəlif sualları cavablandırıblar. Yarışın nəticəsinə əsasən "Uğur” komandası birinci, "Qızıl” ikinci, "Cəsur” isə üçüncü yerə layiq görülüb. Qalib və digər iştirakçı komandalar "Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, "Nar” nitq və eşitmə məhdudiyyətli şəxslərin
informasiya və ünsiyyət imkanlarının artırılması istiqamətində həyata keçirdiyi
layihələrlə beynəlxalq səviyyədə tanınır. Şirkət bu sahədəki sosial məsuliyyət
təşəbbüslərinə görə nüfuzlu "Stevie” biznes mükafatına layiq görülüb. Yeni jest
dili mobil tətbiqinin dəstəklənməsi də "Nar”ın bu istiqamətdə uzunmüddətli fəaliyyətinin
məntiqi davamıdır və inklüziv cəmiyyətin qurulmasına töhfəsini daha da gücləndirir.
Mobil operatorun dəstəyi
ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Qlobal.az






