SON XƏBƏR

NATO işə qarışdı – alman deputatları Türkiyədəki Konya bazasına aparacaq

Avqust 09
11:59 2017
Almaniya millət vəkilləri NATO-nun vasitəçiliyi ilə Konyaya gəliblər.
 
Türkiyə dövlətinin alman deputatlara ölkəyə daxil olmasına icazə verməməsindən sonra NATO məsələyə qarışıb. Deputatlar beynəlxalq hərbi təşkilatın nümayəndə heyətinin arasında yerləşəcək. Səfər sentyabrın 8-də baş tutacaq.
 
Türkiyə ilə Almaniya arasında gərginlik yaranması nəticəsində alman deputatların Konyadakı bazaya səfərinin əngəllənməsi, NATO-nun vasitəçiliyi ilə həll edilmiş kimi görünür.
 
Almaniyanın İctimai Televiziyası olan ARD, Ankaranın NATO səfərinə icazə verdiyi xəbərini verib – alman deputatlar NATO-nun təşkilatçılığı ilə Konya bazasını sentyabrın 8-də ziyarət edəcəklər.
 
Heyətə NATO-nun baş katibi Rouz Hötemüller olacaq. Səfərdə iştirak edəcək deputatların adları qısa müddət ərzində bəlli olacaq.
 
Almaniyanın müdafiə nazri Ursula von der Leyen millət vəkillərinin Konyadakı hərbçiləri ziyarət edə bilməsini məmnuniyyətlə qarşıladıqlarını deyib.
 
NATO-nun deputatların səfərini təşkil eləməsini düzgün addım hesab elədiyini bildirən Leyen deyib:"Alman deputatların ziyarətinin indi NATO damı altında keçirilə bilməsi yaxşı bir həll yoludur. Konyadan keçirilən uçuşlar NATO missiyasıdır. AWACS təyyarələri NATO-nun ixtiyarındadır”.
 
Türkiyənin İncirlikdəki bazaya giriş icazəsi verməməsindən sonra Almaniya öz hərbçilərini İordaniyadakı NATO bazasına aparmışdı.
 
Hurriyyet.org



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook