NATO-nun keçmiş Baş katibi İrəvanda nə axtarır? – “Paşinyanın məsləhətlərə ehtiyacı var”
Mart 14
11:25
2023
Şimali Atlantika Hərbi Blokunun (NATO) keçmiş Baş katibi Anders Foq Rasmussenin İrəvana səfər edib. İndiki həssas məqamda onun Ermənistan gəlməsi maraq doğurur. Səfər nə ilə bağlı ola bilər?
Politoloq Elxan Şahinoğlu bildirir ki, NATO-nun keçmiş baş katibi hazırda "Rasmussen Qlobal” siyasi konsaltinq təşkilatının təsisçisidir.
Təhlilçi qeyd edir ki, təşkilat təhlükəsizlik, transtlantik əlaqələr, Avropa İttifaqı mövzularında məsləhətlər verirlər.
"Bu, Rusiya ilə hərbi ittifaqa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına marağı azalan hazırki Ermənistan hökumətinin diqqətini çəkən sahələrdir. Rasmussenin konsaltinq şirkəti 2016-cı ildə Ukraynanın keçmiş prezidenti Petro Proşenkoya təhlükəsizlik sahəsində islahatların dərinləşdirilməsi məqsədilə məsləhətlər verib.