NATO-nun Ukraynaya hərbçilər göndərmək planı yoxdur
![](https://qlobal.az/photo/680x365/2024-04/1713756276_4b9e3797-0996-4f85-9347-fa82d7990b10.jpg?1722058708)
Aprel 22
07:23
2024
"NATO Ukraynaya hərbçilər göndərməyi planlaşdırmır, lakin orada hərbi məsləhətçilər mövcuddur”.
"Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq "MSNBC” telekanalına müsahibəsində bildirib.
"Ukraynada NATO-nun döyüş qüvvələrinin olması ilə bağlı heç bir plan yoxdur. Amma təbii ki, bir sıra NATO ölkələrinin Kiyevdəki səfirliklərində məsləhətlər verən uniformalı öz adamları var”, - o deyib.