SON XƏBƏR

NATO Rusiyaya qarşı qlobal hücum hazırlayır

İyun 05
18:03 2016
NATO Şərgi Avropada keçmiş sovet bazalarından istifadə edərək Rusiyaya qarşı "qlobal zərbəyə” hazırlaşır. Bunu Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frans Klinseviş deyib.
 
Onun sözlərinə görə, NATO-nun bu konsepsiya çərçivəsində yetərincə ciddi planları var.
 
O qeyd edib ki, Rusiya sərhədləri yaxınlığında NATO-nun fəallığını izləyir və bu fəallığı nəzərə alaraq qoşunlarını hərəkətə gətirmək niyyətindədir.
 
Mayın əvvəlində Polşa və Rumıniyada NATO-nun iki yeni bazası açılıb.
 
Rusiya prezidenti Putin isə NATO-nun addımlarına cavab olaraq tədbirlər görəcəyini deyib.
 
(azadlıq.info)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook