SON XƏBƏR

Naxçıvana ayrılan dotasiya niyə azalıb? - Sahil Babayev açıqladı

Noyabr 04
13:00 2025
Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına dotasiyaların azalmasının səbəbi açıqlanıb.

APA xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev məlumat verib.

Nazir deyib ki, növbəti il Naxçıvanın Muxtar Respublikanın gəlirləri 52 milyon manat və ya 24% artır, xərclər isə 22 milyon manat azalır: "Nəticədə Naxçıvana dotasiya məbləği 74 milyon manat azalıb. Bu da Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatların bariz nəticəsidir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook