SON XƏBƏR

Nazir kürəkəninə 30 hektar meşə torpağı hədiyyə edib? - İddia

İyun 02
09:55 2023
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin ötən il Qusarda 30 hektar meşə torpağını öz kürəkəninə hədiyyə etdiyi barədə xəbər yayılıb. 

Qlobal.az xəbər verir ki, məlumatı Gundelik-baku.com saytı yayıb:
 
"Ekologiya naziri Muxtar Babayev Quba meşəbəyliyinin 96 və 97-ci kvartallarında yerləşən meşə fondunun 210 ha- torpaqlarını ayrı-ayrı işbazlara bağ salmaq (gilas, alma armud) adı altında qanunsuz olaraq icarə müqaviləsi bağlayaraq satmışdır. Həmin 210 ha-ın 30 ha-nı isə cənab nazir Quba rayonunda yaşayan bacısının kürəkəninə peşkəş etmişdir. Və bu sövdələşmədə Elxan Bəşirov vasitəçi olub. Kimin şübhəsi varsa, buyursun Elxan Bəşrovun mətbuata verdiyi cavaba nəzər salsın. ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Elxan Baxışov yazır: "ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindən keçirilmiş tenderlərdə bütün satınalmalar dövlət satınalmalarının vahid internet portalı ilə açıq müsabiqə metodu ilə həyata keçirilmişdir. Və mətbuatda yazılanlar şər-böhtandır”.
 
Məsələ ilə bağlı qarşı tərəf mövqe bildirə bilər. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook