SON XƏBƏR

Nəcibə Axundovaya şiddətli töhmət verildi

Oktyabr 01
11:57 2022
Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundovaya şiddətli töhmət verilib.

Bu barədə Qaynarinfo-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, direktorun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bildirilib ki, N.Axundova hazırda səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır.

Onun müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook