SON XƏBƏR

NEFTÇALADA DA İRAN ŞƏBƏKƏSİNƏ QARŞI ƏMƏLİYYAT KEÇİRİLİB - 3 nəfər saxlanıldı + FOTO

Fevral 01
11:53 2023
Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunmasıyla bağlı əməliyyatlar davam edir.

Qlobal.az "bakupost.az"-a istinadən xəbər verir ki, bununla bağlı növbəti əməliyyat dünən Neftçala rayonunda keçirilib.

Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxləri saxlayıb. Məlumata görə, Rəhman bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.

Onların bu gün məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Qeyd edək ki, dünən Bakıda da İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

DİN tərəfindən keçirilən əməliyyatda "SalamNews" informasiya agentliyi və "İnteraz”ın 7 nəfər əməkdaşı saxlanılıb.

İddiaya görə onların çalışdığı informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook