Neftçalanın “boz kardinalı” Vüsal Atayev kimdir və başçı ona niyə bu qədər səlahiyyət verib?
Fevral 20
13:44
2026
Mirhəsən Seyidov Neftçalanın bütün "haqq-hesabını” köməkçisinə tapşırıb...
Neftçaladan əldə etdiyimiz məlumata görə başçının köməkçisi Vüsal Atayev rayonda aparılan bütün işlərə rəhbərlik edir. Xatırladaq ki, Vüsal Atayevi Neftçala rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovla birlikdə rayonda gəlib və elə o zamandan başçının köməkçisi olaraq çalışır. Başçı bütün işlərini Vüsal Atayevə həvalə edib və Atayev başçının rayonda inandığı tək adam kimi görünür. Hətta rayonda yolların təmiri də Vüsal Atayevin birbaşa nəzarəti altında həyata keçirilir.
İcra hakimiyyətinin keçirdiyi "yağlı” tenderlər isə bir qayda olaraq "Qobustan” MMC-yə verilir. Misal üçün son olaraq "Qobustan” MMC vasitəsi ilə rayona gətirilən işıq dirəklərinin çox keyfiyyətsiz olduğu bildirilir və küləkli havalarda bu dirəklər təhlükəli vəziyyətdə yellənirlər. Ona görə də küləkli havalarda küçələrin işıqları söndürülür. Ümumiyyətlə isə hətta Neftçala rayonun mərkəzi küçəsi hesab olunan H.Əliyev prospektində belə işıqlar tez-tez söndürülür və bunun səbəbi açıqlanmır. Yəni Neftçala gecələri əsasən qaranlıqda keçir.
Maraqlıdır ki, "Qobustan” MMC Neftçalada bütün sahələdə çalışır və bu MMC-nin bu və ya digər şəkildə icra başçısına bağlı olduğu iddia olunur.
Qeyd edək ki, Neftçala şəhərində küçələrin işıqlandırması H.Əliyev prospekti də daxil olmaqla bir neçə küçədə mövcuddur. Digər küçələr isə, o cümlədən mərkəzdə yerləşən binaların arxacındakı küçələrdə qaranlıq hökm sürür. Mərkəzi küçələrdən başqa rayonun bütün küçələr isə keçilməz haldadır və Neftçala şəhərinin ümumi görünüşünün mənzərəsi sadəcə ürək ağrıdır.
Neftçalanın ümumi sosial vəziyyəi isə sözün bütün mənalarında acınacaqlıdır. Əhali işsizlikdən və yoxsulluqdan əziyyət çəkir və bu, Neftçalaya qədəm qoyan kimi hiss olunur.
Həmçinin əldə etdiyimiz məlumata görə başçının köməçisi Vüsal Atayev şəhər qəsəbə və kənd bələdiyyərini birbaşa idarə edir. Bələdiyyələrdə qəbul edilən qərarlar və satılan torpaqlar Vüsal Atayevin şifahi razılığı olmadan sənədləşdirilmir.
Mənbələrimiz bildirir ki, Vüsal Atayev Bakıda böyük bir villa tikdirib. Qeyd edək ki, bu məlumatın nə qədər səhih olduğunu dəqiqləşdirə bilməmişik.
Qeyd edilir ki, Mirhəsən Seyidov və Vüsal Atayev cütlüyünün əsas qazanclarını 10 min hektarlarla dövlət torpaqlarını icarəyə verilməklə əldə edirlər. İddia edilir ki, icarəyə verilən dövlət torpaqlarından hər il 1 milyona yaxın qanunsuz gəlir əldə edilir. Bu barədə geniş məlumatı növbəti yazımızda oxuyacaqsınız.
Qeyd edək ki, bütün bu iddialarla bağlı Neftçala rayon İcra Hakimiyyətinə sorğu iləı müraciət etmişik. İcra hakimiyyətindən də bizə bildiriblər ki, sorğumuz cavablandırılacaq. Lakin aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq, sorğumuza cavab ala bilməmişik. Bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qlobal.az