SON XƏBƏR

"Neftçi" Hakim Ziyeşlə danışıqlar aparır? - Rəsmi açıqlama

Oktyabr 20
07:30 2025
Məşhur futbolçu Hakim Ziyeşin "Neftçi"yə transferi ilə bağlı xəbərlər yayılıb. Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

"Neftçi" klubunun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Hakim Ziyeşlə danışıqlar aparılmır və rəsmi təklif göndərilməyib.

Qeyd edək ki, 32 yaşlı mərakeşli futbolçu karyerasında "Ayaks", "Çelsi", "Qalatasaray" kimi klublarda forma geyinib. Son olaraq Ərəbistanın "Əl-Duxail" komandasında oynayan Hakim Ziyeş bu ilin iyul ayından etibarən klubsuz qalıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook