SON XƏBƏR

Nərd yarışı keçirilən məktəbin rəhbərliyinə xəbərdarlıq edilib - FOTO

May 20
00:56 2023
Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə müəllimlərin nərd oynaması ilə bağlı məlumtlara aydınlıq gətirib.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, bu görüntülər təhsil müəssisəsinin Həmkarlar Təşkilatının üzvləri arasında keçirilmiş idman turniri zamanı çəkilib.

"Təhsil müəssisəsinin fəaliyyətinə uyğun olmayan bu fotolar sosial mediada haqlı olaraq əks reaksiya doğurub və birmənalı qarşılanmayıb.

Ümumi təhsil müəssisəsinin "Facebook" səhifəsindən həmin fotolar silinib və bununla əlaqədar olaraq məktəb rəhbərliyinə xəbərdarlıq edilib", - qurumun açıqlamasında qeyd olunub.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook