SON XƏBƏR

Nərimanov rayonunda “Zeyd” restoranı hansı məmurla “anlaşdı”?

Avqust 14
10:27 2025

Nərimanov rayonu, Təbriz küçəsində yerləşən "Zeyd” restoranının piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt etməsi barədə xəbər vermişdik.
Bu ilin əvvəlində adı çəkilən restoranın yerləşdiyi binanın sakinləri Musavat.com-a müraciət edərək şikayətlərini bildirmişdilər.
Sakinlər qeyd edirdilər ki, restoranın səkini zəbt etməsi həm piyadaların hərəkətində çətinlik yaradır, həm də səs-küy bina sakinlərini narahat edir.
Bu müraciət dərc edildikdən bir neçə saat sonra  İcra Hakimiyyətindən saytımıza bildirildi ki, sakinlərin şikayətləri əsasında sözügedən ünvanda   Ticarət və Xidmət Departamenti və Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən səki zəbtinin qarşısı alınıb.
Həmçinin əraziyə yığılan konstruksiyaların daşındığını, ərazinin təmizləndiyini əks etdirən fotoları da icra hakimiyyəti paylaşmışdı.



Bəs sonra nə dəyişdi?
Sakinlər yenidən   müraciət edərək obyektin səkinin əsas hissəsini zəbt edərək fəaliyyətini tam şəkildə bərpa etdiyini bildirirlər.
Bir neçə saatlıq şou kimə lazım idi? Kim kimi aldatdı?   İcra Hakimiyyəti ictimaiyyəti aldatdı, yoxsa restoran sahibi   İcra Hakimiyyətini?



Qeyd edək ki, 2022-ci ildən Nərimanov icra hakimiyyətinin başçısı Elgin Həbibullayevdir(Xalq.online)
Nərimanov rayonunda
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook