SON XƏBƏR

Nəsimi rayonunda özbaşınalıq - 4 yaşayış binasının həyəti zəbt olunub (VİDEO)

İyun 08
20:48 2018
Bakıda 4 yaşayış binasının həyəti zəbt olunub. Burada hündürmərtəbəli yaşayış binasının tikiləcəyi iddia olunur.

Söhbət Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi 2-4 ünvanından gedir. Ərazidə olan 4 binanın sakinləri deyir ki, tanımadıqları şəxslər binaların həyətində nümunəvi məhəllənin salınacağını bildiriblər. Ancaq bir müddət keçəndən sonra burada 16 mərtəbəli binanın tikiləcəyi xəbəri verilib. Bunun üçün isə ərazinin hasara alınmasına başlanılıb. Lakin sakinlər buna icazə verməyiblər.

Sakinlərin sözlərinə görə, bina tikiləcəyi təqdirdə həyətdə olan mərasim evi söküləcək, üstəlik, uşaqların oynaması üçün ərazi olmayacaq.

Ərazidə binanı tikən şirkətdən heç bir nümayyəndə olmadığı üçün üz tutuduq Nəsimi rayon İcra Hakimiyyətinə. Ordan isə əvvəlcə mövqe bildiriləcəyini desələr də, sonradan heç bir informasiya verilmədi. \XəzərXəbər

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook