İmran Bənnayevin məhkəməyə verildi - Səbəb"İdrak" Gənclər Mərkəzinin rəhbəri İmran Bənnayev məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb onun dövlət büdcəsinə borcu olmasıdır.
Borc ödənilmədiyindən İqtisadiy..
Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğÖtən ilin elə bu ayı ölkə gündəmini zəbt edən rüşvətlə plastik cərrahiyəyə icazə verilməsi işi üzrə artıq məhkəmə istintaqı başlayıb. Qanunsuz tibbi fəaliyyətə şərait yaradılmasına görə Səhiyyə Nazirl..
Nazirdən islahat: Filial müdiri işdən çıxarıldıDövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq Filialının müdiri Əbdül Bayramov vəzifəsindən azad edilib.
Qlobal.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin..
Hakan Fidan: Avropada yeni sistem yaranacaqŞərtlər nə qədər ağır, mövqelər nə qədər fərqli olursa olsun, problemin həlli üçün bir masa ətrafındasınızsa, o zaman ortaq məxrəcə gəlmək üçün mütləq bir yol tapılacaq.
Bunu Türkiyənin xarici işlə..
Almaniya Rusiyaya qarşı Polşaya qırıcılar yerləşdiribAlmaniya NATO-nun şərq cinahını gücləndirmək üçün bölgəyə yeni qırıcı təyyarələr və hərbçilər yerləşdirib.
APA xəbər verir ki, Almaniyanın Müdafiə Nazirliyi, pilotlar, texniki işçilə, təhlükəsiz..
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət etdiAzərbaycan Prezidenti İlham Əliyev Bakıda "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusun..
Vəkil Elçin Əhmədov məhkəmədə döyüldüVəkil Elçin Əhmədov məhkəmədə döyülüb.
"Qafqazinfo”nun məlumatına görə, hadisə Xətai Rayon Məhkəməsində baş verib.
Vəkil icraatında olan cinayət işində qarşı tərəfi təmsil edən şəxs tərəfindən h..
Nəsimi rayonunda özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
Asif Əsgərov ötən il sentyabrın 1-də keçirilmiş növbədənkənar VII çağırış Milli Məclisə seçkilərdə deputat seçiləndən sonra dövlət başçısının sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.
O vaxtdan Nəsimi RİH-nin başçısı kreslosu boşdur. Həmin vəzifəni müvəqqəti olaraq RİH başçısının müavini Zahid Xəlilov icra edir. Özü də necə?!
Hazırki vəziyyət budur ki, RİH aparatında vətəndaşların qəbulu ilə məşğul olan, müraciətlərinə baxan yoxdur. Başqa müavinlər də hərə öz bildiyini edir, Xəlilovun sözünü eşidən yoxdur.
Lakin o da az bilmir, zəhmətsiz gəlirlərin əsas mənbəyi olan tikintiyə nəzarət sahəsini ələ keçirib. Xəlilovun bu işdə ən yaxın silahdaşı RİH-nin memarı Ələskər Rüstəmovdur. Əslində onların qeyd olunan müstəvidə işləri iş görməməkdən, daha doğrusu, qanunsuz tikililəri apran şəxslərə "səni görmüşük, sən də bizi gör” deməkdən və göz yummaqdan ibarətdir. Yox, imanımızı yandıra bilmərik, özbaşına, Tikinti Məcəlləsini tələblərinin müşayiəti ilə inşaat həyata keçirənlərə "çətir” tövsiyə edirlər. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Nəsimi rayonu, Mir Cəlal küçəsi – 254 ünvanla Həsən Seyidbəyli küçəsinin kəsişməsində yerləşən "Çinar” restoranının arxasında qanunsuz kabinetlər inşa edilir. Öyrəndiyimiz qədərincə, sözügedən kabinetlərin inşasına görə icazə alınmayıb. Bu isə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması deməkdir. Bu naqisliyi Nəsimi Rayon İcra Hakimiyyətinin də, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin də, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Ərazi İdarəsinin də görməmələri qeyri-mümkündür. Nəzarətedici qurumların vəzifəli şəxslərinin sahibkara əlavə qazanc gətirəcək həmin qanunsuz kabinetlərin inşasına təmənnasız göz yummasına inanmaq sadəlövhlük olar.
Redaksiya olaraq, müvafiq qurumların aşkarladığımız qanunsuzluğa münasibətlərini rəsmi sorğu məktubları ilə öyrənməyə çalışacağıq.