Netanyahu İranın yeni Ali Rəhbəri Müctəba Xameneini hədələyib - "Ona həyat sığortası verməzdim"
Mart 13
07:13
2026
İsrailin Baş naziri Benyamin Netanyahu İranın yeni Ali Rəhbəri Müctəba Xamenei və "Hizbullah”ın Baş katibi Naim Qasımdan danışıb.
APA-nın xəbərinə görə, Netanyahu mətbuat konfransında "sürprizlər”in olacağını deyib.
"İran əvvəlki kimi deyil. Yaxın Şərqdə və hətta onun hüdudlarından kənarda güc balansını dəyişdirən uğurlar əldə etdik", - Netanyahu qeyd edib.



