SON XƏBƏR

Netanyahu Tereza Meylə görüşdən imtina etdi

Dekabr 28
00:40 2016
İsrail Baş naziri Benyamin Netanyahu Böyük Britaniya Baş naziri Tereza Meylə görüşdən imtina edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib. Onun belə addım atmasına səbəb Britaniyanın BMT Təhlükəsizlik Şurasında İsrailin Fələstin ərazilərində apardığı məskunlaşma siyasətini tənqid edən qətnamənin lehinə səs verməsi olub.

Qeyd edək ki, Netanyahu ilə Meyin görüşü Davos forumu çərçivəsində baş tutmalı idi. İsrail BMT-də qəbul edilən qətnaməyə görə artıq ABŞ, Seneqal və Yeni Zelandiyadan öz səfirlərini geri çağırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook