SON XƏBƏR

Netanyahu yeni hökuməti formalaşdırıb

Dekabr 22
09:32 2022
İsraildə "Likud” Partiyasının sədri Binyamin Netanyahu yeni hökuməti formalaşdıra bilib.

"Report” xəbər verir ki, bunu Netanyahu tviterdə yazıb.

Netanyahu, ifrat sağçı koalisiya tərəfdaşları ilə həftələrlə davam edən çətin danışıqlardan sonra yeni İsrail hökumətinin qurulması ilə bağlı sövdələşmə əldə edə bilib.
"Hökumət qurmağı bacardım”, - o bildirib.

Dövlət başçısının ofisi Baş nazirin bildirişini aldığını təsdiqləyib.

Qeyd edək ki, noyabrın 1-də İsraildə 2019-cu ildən bəri beşinci parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, parlamentdə birinci yeri 32 yerlə "Likud” partiyası tutub. Ümumilikdə isə "Likud” partiyasının rəhbərlik etdiyi sağçı və dini qüvvələr bloku Knessetdə 64 mandat əldə edib və bu səbəbdən ölkə Prezidenti İsxak Hersoq yeni kabineti formalaşdırmaq mandatını Binyamin Netanyahuya verib.

Netanyahunun kabineti formalaşdırmaq üçün 28 gün vaxtı olsa da, bu müddəti 14 gün uzatdı. Daha sonra İsrail Prezidenti İshaq Hersoq Binyamin Netanyahuya koalisiya hökumətini formalaşdırmaq üçün daha on gün vaxt verdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook