SON XƏBƏR

Niderland "genişmiqyaslı münaqişə"yə hazırlaşır

Fevral 13
09:02 2026
Niderland Müdafiə Nazirliyi mümkün "genişmiqyaslı münaqişə"yə hazırlıq məqsədilə hərbi imkanların genişləndirilməsi yolunu tutacaq.

"Report"un məlumatına görə, bu barədə ölkə parlamentinə göndərdiyi məktubda Müdafiə Nazirliyinin dövlət katibi vəzifəsini icra edən Qeys Teynman bildirib.

Sənəddə qeyd olunub ki, nazirlik yaxın vaxtlarda Şimal dənizinin akvatoriyasının təhlükəsizliyini təmin etmək üçün radiolokasiya sistemləri, zirehli maşınlar və yaralıların daşınması üçün mobil hospital kimi təchiz olunmuş xüsusi qatarlar alacaq. Bu planların məqsədi silahlı qüvvələri mümkün genişmiqyaslı döyüşlərə hazırlamaq və kritik infrastrukturun müdafiəsini gücləndirməkdir.

Teynman: "Genişmiqyaslı münaqişə həmişə çox sayda yaralı ilə müşayiət olunur", - deyərək "dəmir yolu hospitalı"nın alınma səbəbini izah edib. Onun sözlərinə görə, hazırda yaralıların daşınması, əsasən, avtomobillər və sanitar aviasiya vasitəsilə həyata keçirilir.

Nazirlik həmçinin Almaniyadan "Leopard 2" tankı bazasında istehsal olunan "Wisent 2" zirehli maşınlarını almağı planlaşdırır. Bu texnika döyüş şəraitində zədələnmiş silah və texnikanın təmiri və evakuasiyası üçün nəzərdə tutulub. Donanma üçün radiolokasiya sistemlərini isə adı açıqlanmayan Niderland istehsalçısı təmin edəcək. Bu sistemlər neft-qaz platformalarının, sualtı boru kəmərlərinin, külək elektrik stansiyalarının və rabitə kabellərinin qorunmasında istifadə olunacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook