SON XƏBƏR

Niderland Ukraynaya 1 milyard avroya yaxın hərbi yardım edib

Dekabr 19
11:20 2022
Niderlandın Ukraynaya verdiyi hərbi yardımın ümumi dəyəri 987 milyon avroya çatıb.

"Report” xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib.

Onun sözlərinə görə, müvafiq məbləğə avadanlıq üçün 697 milyon avro, 120 milyon avro hərbi yardım paketi və Ukrayna Beynəlxalq Fonduna 100 milyon avro töhfə daxildir.

Bundan əlavə, Niderland da NATO-nun Ukraynaya hərbi dəstək fonduna 25 milyon avro ayıracaq. Bu fond yanacaq, geyim və dərmanların alınması üçün nəzərdə tutulub.

Müdafiə naziri onu da qeyd edib ki, bu müharibənin sonu hələ görünmür və qış olmasına baxmayaraq Rusiya Ukraynanın infrastrukturuna və enerji təchizatına havadan zərbələr endirməkdə davam edir:

"Ancaq Ukrayna köməklə dözə bilər”, - müdafiə naziri deyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook