Niderlandın baş naziri Türkiyədən üzr istəməyəcək
Mart 13
10:24
2017
Niderlandın baş naziri Mark Ryutte Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmaqdan imtina etməsi ilə əlaqədar hökumət adından üzr istəməyəcəyini bildirib.
Bu barədə "Wakker Nederland” telekanalı məlumat yayıb.
"Mən gərginliyin aradan qaldırılmasına hazırlaşıram, amma üzr istəməyəcəm”, - deyə o bəyan edib.
"Üzr istəməkdən söhbət gedə bilməz. Onlar dünən etdiklərinə görə üzr istəməlidirlər”, - Ryutte əlavə edib.
Bundan başqa, Ryutte bildirib ki, ona üzr istəməsi haqqında sual vermiş jurnalistlər ağıllarını itiriblər.
Qlobal.az



