SON XƏBƏR

Nizami rayonunda zəbt olunan məktəb ərazisində qızğın iş gedir - VİDEO

Mart 25
10:48 2025
Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir.

Bununla bağlı "Bakı gündəliyi" Facebook səhfəsində məlumat paylaşılıb. Məlumata görə, ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir.

Tikintiyə rəsmi icazə verilib-verilmədiyi isə məlum deyil. Məsələ diqqətimizdə saxlanılacaq.

Qeyd edək ki, bir neçə gün öncə tikinti ilə bağlı məlumat vermişdik. Son vəziyyət isə budur. Tikinti hələ də davam edir.(Ajans.az)

 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook