SON XƏBƏR

Novruz bayramının mənşəyi, tarixi və adətləri

Mart 18
11:37 2024
Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar, həmçinin azərilər yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş, şənliklər keçirmişlər. Bu şənliklər təkcə Azərbaycanda yox. həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmir, həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır.
     
Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010–cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi 
 
”Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal-hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.
 
Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Xalqların çox hissəsi elə qədim zamanlardan olan adətləri özlərində saxlamışlar. Və məlum olur ki, keçirilən bu bayramlar, bu adətlər heç bir dini ehkamlarla əlaqəsi olmadan keçirilir. Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz fikirlərini demişlər. Əbu Reyhan Biruni novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, novruz bayramı ilə əlaqədar xalq arasında yaranmış adət ənənələrdən və novruz bayramının yaranma səbəblərindən bəhs etmişdir. O öz əsərlərində novruz bayramının hər hansı bir dini bayram yox, təbiətin canlanması, yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd etmişdir.
   
Novruz bayramı uzun illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni-yeni adətlər əmələ gəlib və nəsildən nəslə ötürülüb. Hazırda Azərbaycanda Novruz bayramında papaq atmaq, qulaq falı, üzük falı, tonaqaldan tullanmaq, səməni cücərtmək, yumurta döyüşdürmək kimi adətlər vardır. Kosa və Keçəl novruzun rəmzləridir. 
     
Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar bəstələmiş, "Novruzun çələngi” və "Ocaq” kimi Azərbaycan filmləri  çəkilmişdir.

Səidə Əliyeva,
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook