Novruz Novruzovun QIZIL YUBİLEYİ - İcra başçısı vəzifəsində olmasının 30-cu ili tamam olur

İyun 18
23:12
2025
Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 30 ildir başçı vəzifəsində çalışır.
Qlobal.az xəbər verir ki, iki ay sonra - sentyabr ayının 19-da Novruz Novruzovun başçı vəzifəsinə təyin edilməsinin 30-cu ili tamamlanır.
Novruz Novruzov 1995-ci ilin sentyabr ayından 2002-ci ilə qədər Lerik rayonunun, 2002-2007-ci illərdə Goranboy rayonunun, 2007-2019-cu illərdə Şabran rayonunun, 2019-cu ildən indiyədək Siyəzən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
1954-cü ildə Lerik rayonunda anadan olan N.Novruzov 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.
Əmək faliyyətinə 1971-cı ildə Lerik rayonundakı Səməd Vurğun adına Kolxozda kolxozçu kimi başlayıb.
1993-1995-ci illərdə sabiq deputat Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının üzvü olub.
2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.
Novruz Novruzov 30 il icra başçısı vəzifəsində çalışmaqla yanaşı, bədii yaradıcılıqla da məşğuldur.
Onun yerli mətbuatda şeirləri, hekayələri dərc edilib.
Novruz Novruzov böyük var-dövlətə sahib məmurlardan sayılır.
Sumqayıt şəhərində yerləşən "Savalan" şadlıq evinin ona məxsus olduğu deyilir.
Eyni zamanda N.Novruzovun Bakıda çoxsaylı mənzillərinin, fermasının, torpaq sahələrinin də olduğu barədə mediada yazılar dərc edilib.
Bu yazılar N.Novruzov tərəfindən təkzib edilməyib.

Cahandar Laçınlı
Qlobal.az