SON XƏBƏR

Obama Belarusa qarşı sanksiyaların müddətini uzadıb

İyun 11
00:26 2016
ABŞ prezidenti Barak Obama Belarusa qarşı sanksiyaların müddətini uzadıb.
 
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında deyilir.
 
"Belarus hökumətinin müəyyən təmsilçiləri ABŞ-ın mili təhlükəsizliyi və xarici siyasətinə həddən artıq təhlükə yaradırlar. Onlar həmçinin Belarusda demokratik proseslərə və demokratiya institutlarının fəaliyyətinə mane olurlar”, məlumatda deyilir.
 
Xatırladaq ki, Belarusa qarşı ilk sanksiyaları 2006-cı ildə ABŞ prezidenti Corc Buş tətbiq edib.
 
2016-cı ilin fevralında isə Avropa İttifaqı Şurası Belarusa qarşı tətbiq edilən sanksiyaları aradan qaldırıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook