SON XƏBƏR

Obama erməniləri yenə məyus etdi, "soyqırım" demədi

Aprel 22
19:01 2016
ABŞ prezidenti Barak Obama 1915-ci il hadisələrinin 101-ci ildönümü ərəfəsində mövzu ilə bağlı yenə də ermənicə "Böyük Fəlakət” mənasına gələn "Meds Yeghern” sözünü işlədib.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Obama bu sözləri İngiltərəyə rəsmi səfəri zamanı söyləyib. Prezident ötən illərdə də ermənicə "Meds Yeghern” ifadəsini işlətmişdi.

Obama 2008-ci ildə prezident seçkiləri kampaniyasında 1915-ci ildə baş verən hadisələri "soyqırım” olaraq tanıyacağına söz vermişdi.

Lakin ABŞ lideri prezidentlik kürsüsünə oturduqdan sonra həmin hadisələrlə bağlı "Böyük Fəlakət” sözünü işlətməklə kifayətlənib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook