SON XƏBƏR

Obama yenə Rusiyanı ittiham etdi

May 22
10:07 2016
Rusiya nüvə silahsızlaşdırılmasında maraqlı olduğunu kifayət qədər nümayiş etdirmir.

Bunu Yaponiyaya səfəri ərəfəsində NHK telekanalına müsahibəsində ABŞ prezidenti Barak Obama deyib. Qeyd edək ki, 26-27 may tarixlərində Tokioda "Böyük Yeddilik" sammiti keçiriləcək.

ABŞ prezidenti xatırladıb ki, hakimiyyətdə olduğu dövrdə Moskva ilə hücum silahlarının azaldılması haqqında (HSA-3) yeni sazişin imzalanmasına müvəffəq olub. Onun sözlərinə görə, bu saziş hər iki dövlətin nüvə potensialının azaldılmasına imkan yaradıb.

"Düşünürəm ki, biz daha irəli (nüvə silahlarının azaldılmasında - red.) gedə bilərik. Lakin Rusiya bu məsələdə daha böyük iş görməkdə maraqlı olduğunu nümayiş etdirməyib", - deyə Obama qeyd edib.

ABŞ prezidenti 1945-ci ildə Xirosimaya endirilən nüvə zərbəsinə görə üzr istəmək fikrində olmadığını bildirib.

"Hər bir rəhbər, xüsusilə müharibə dövründə, çox çətin qərarlar verir", - deyə Obama qeyd edib. (APA)

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook