SON XƏBƏR

Olimpiadaya buraxılmayan Rusiya idmançılarının sayı artır

İyul 26
22:18 2016
387 nəfərlik Rusiya yığmasının 85 üzvü, antidopinq qaydalarının pozulmasına görə Olimpiya yarışlarından gənarlaşdırılıb.
 
Onların əksəriyyəti-67-si, bundan əvvəl Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası tərəfindən gənarlaşdırılan yüngül atletlərdir.
 
Lozannadəki idman arbitiraj məhkəməsi də iyulun 21-də qərarı təsdiqləyib.

Amma bu rəqəm getdikcə böyüyür.
 
Beynəlxalq Federasiya iyulun 26-da daha 7 idmançını yarışlardan kənarlaşdırıb.
 
The Daily Telegraph qəzeti yazır ki, Rusiya yığmasının 90 faizi dopinq qalmaqalına görə Rio-de Janeyro olimpiadasından gənarda qala bilər.
 
Onu da qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi iyulun 24-də Rusiya yığmasının olimpiya yarışlarına buraxılması barədə qərar verib.
 
Amma bir şərtlə ki, atletlər müvafiq idman növü üzrə beynəlxalq federasiyalardan razılıq alsınlar.(Azadlıq.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook