Ombudsman Kəlbəcərdə mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
Dekabr 15
11:22
2022
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kəlbəcər rayonunda baş verən mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
"Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində 4-ü mülki şəxs, 4-ü hərbçi olmaqla, ümumilikdə 8 nəfər Ermənistanın mina terrorunun növbəti qurbanlarına çevrilib. Belə ki, təmir işləri ilə məşğul olan mülki şəxslər minaya düşdükdən sonra onların təxliyəsi məqsədilə əraziyə gələn hərbçilər də minaya düşüb və onlardan biri aldığı xəsarətlərdən həlak olub.



