OPEC hasilat kvotası məsələsində anlaşmadı
İyun 02
17:13
2016
Vyanada Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) toplantısı keçirilir.
Vyanada OPEK iclasında iştirak edən bir nümayəndənin verdiyi açıqlamaya görə, OPEC, üzvlərin yeni bir istehsal "tavanı” məsələsində razılığa gələ bilməməsindən sonra, sərbəst neft hasilatı siyasətinə davam etmək qərarı verilib.
"Marja” Bloomberg-ə istinadən xəbər verir ki, bir OPEC nümayəndəsi kartelin yeni neft hasilatı razılaşması təmin edə bilmədiyini söyləyib. Yəni, kvota məhdudlaşdırılımır. Bu, neft ölkələrinin hasilatı azaltmayacaqları deməkdir.
"OPEK-in bugünkü iclasında status-kvonu davam etdirmək qərarı verilib. Təşkilatın üzvlərinin istehsal kvotası məsələsində razılaşmadığı bildirilir.
Vyanada OPEK iclasında iştirak edən bir nümayəndənin verdiyi açıqlamaya görə, OPEC, üzvlərin yeni bir istehsal "tavanı” məsələsində razılığa gələ bilməməsindən sonra, sərbəst neft hasilatı siyasətinə davam etmək qərarı verilib.
Hələ ki, rəsmi bir açıqlama gəlməməsi səbəbilə adının açıqlanmasını istəməyən OPEC nümayəndəsindən alınan məlumata görə, OPEC neft istehsalı məsələsində hər hansı bir razılığa gəlməyib. OPEK-də də de-fakto lider olan Səudiyyə Ərəbistanı, istehsal hədəfini yenidən müəyyənləşdirmək məsələsini gündəmə gətirmişdi.
İran bu təklifi rədd etmişdi.”,- Bloomberg yazır.
Xəbərin ardınca neft ucuzlaşmağa başlayıb. OPEC nümayəndəsinin "razılaşma yoxdur” açıqlamasından sonra WTI xam nefti 1,7% ucuzlaşaraq 48.17 dollara, Brent nefti isə 1,3% ucuzlaşaraq 49,10 dollara düşüb. Brent nefti günorta saatlarında 50,20 dollara çıxmışdı.
Digər bir məlumata görə, Nigeriyadan Məhəmməd Barkindo OPEC-in baş katibi seçilib.
Qlobal.az



