Orban Ukraynadakı müharibəyə son qoya biləcək bir liderin adını açıqladı
Oktyabr 29
16:05
2025
Ukrayna ilə Rusiya arasında sülhə nail olmaq üçün xarici vasitəçiyə ehtiyac var və danışıqlarda bunu edə biləcək "yeganə oyunçu" ABŞ Prezidenti Donald Trampdır.
Bunu Macarıstan Baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, ümid olunur ki, xaricdən, nə ruslarla, nə də ukraynalılarla əlaqəsi olmayan bir şəxs sülh razılaşmasına nail olmaq üçün təzyiq göstərəcək.



