“Orbita” bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilib-Video

Fevral 10
14:58
2025
Bakının "Orbita” uşaq bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilməsi barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən sonra bağça rəhbərliyi məsələyə dərhal müdaxilə edərək araşdırma aparıb.
Araşdırma nəticəsində uşaqlara zorakılıq tətbiq edən müəllim Diana Maksimovna Bahəddinova işdən azad olunub. Bundan əlavə, bağçanın digər məsul şəxsləri barədə də intizam tədbirləri görülüb.
Bağça rəhbərliyi hadisə ilə əlaqədar dərin təəssüf hissi keçirdiyini bildirib və belə halların təkrarlanmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə müvafiq göstərişlər verib.

Mənbə: Oxu.az
Qlobal.az